Şirkət rəhbərlərinin nəzərinə: Sürücünüz qayda pozarsa siz də cərimələnə bilərsiniz

Müxtəlif şirkətlər və ya dövlət qurumlarının balansında olan avtomobillər yol vərəqəsi ilə sürücülər tərəfindən idarə olunur. Hətta bir avtomobili bir neçə sürücü idarə edə bilər.
Avtosfer.az bildirir ki, həmin avtomobil ilə qayda pozan sürücünü yol polisi aşkarlayarsa yerində cərimə tətbiq edir. Lakin xüsusi texniki vasitələrlə qayda pozuntusu aşkar edildikdə vəziyyət bir qədər fərqlidir. Çünki avtomobil şirkətə, yəni hüquqi şəxsə məxsusdur. Etibarnamə bir və bir neçə ola bilər. Eyni zamanda sürücü yol vərəqəsi ilə avtomobili idarə edə bilər. Bu zaman DYP şirkət və ya dövlət qurumuna sorğu göndərir. Qarşı tərəf isə öz növbəsində avtomobili idarə edən sürücü barəsində məlumat verməlidir. Əgər bu təqdim olunmazsa şirkət və ya dövlət qurumu ikiqat ziyana düşə bilər.
Çünki İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi qeydi var. Bildirilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












