“Şok endirimli” səyahət turlarına aldanmayın! – DİN RƏSMİSİNDƏN XƏBƏRDARLIQ

Sosial şəbəkələr reklam üçün daha əlverişlidir. Burada olan istifadəçi sayı və günümüzün son dərəcə aktiv internet məkanları olduğu üçün bura reklamverənlərin də diqqətini cəlb edir. Lakin bu haldan bəzi dələduzlar sui-istifadə edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Avto FM-in birgə layihəsi olan “Kiberinfo” verilişində DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev vətəndaşlara xəbərdarlıq edib.
O, bildirib ki, sosial şəbəkədən istifadə edərkən əksər insanların qarşısına şok endirimlə arzusunda olduqları istiqamətlərə səyahətlər təklif olunan paylaşımlar çıxır: “Paylaşım tanınmış tur agentliklərinin interfeysi ilə eynilik təşkil edir. Həmçinin real qiyməti 10 min manatdan yuxarı olan tur paketini 2 min manata almaq təklif edilir. Bəzi vətəndaşlar da bu paylaşımdakı linkə dərhal keçid edir. Daha sonra isə bank kartı məlumatları istənilir. Əgər ora bu məlumatlar daxil edilsə və təsdiq verilərsə, vətəndaşa aid olan bank kartındakı bütün pullar artıq o kiber dələduzun əlinə keçmiş olacaq”.
DİN rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb: “Heç kim dəyərindən dəfələrlə aşağı təklif təqdim etmir. Vətəndaşlar özlərinə aid olan bank kartı məlumatlarını etibar etmədiyi şirkətlərə verməməlidir”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












