Soyuq və buzlu havalar yaxınlaşır: Maşını qışa necə hazırlamalısınız? – Sahil ustadan XƏBƏRDARLIQ - FOTO

Hava dəyişir, gecələr soyuyur və avtomobillər artıq qış şərtlərinə uyğunlaşmağa ehtiyac duyur. Avtosfer.az xəbər verir ki, lakin çox sürücülər hələ də hansı addımları atmalı olduğunu dəqiq bilmir. Təkərlərin dəyişdirilməsi, antifrizin yoxlanması, batareyanın vəziyyəti bunlar yalnız başlanğıcdır. Bəs avtomobilinizi qışa hazırlayarkən ən kritik hansı tələblərə diqqət yetirmək lazımdır?
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza açıqlamasında bildirib ki, qış mövsümünə keçidlə bağlı avtomobillərdə dəyişikliklər əsasən noyabrın 15-dən sonra, dekabrın əvvəlində aparılmağa başlanılır:
“Ən önəmli tələblər təkərlərlə bağlıdır. Qış mövsümünə keçərkən avtomobilin təkərləri dəyişdirilməlidir. Donmaya qarşı mayelər ən çox tələb olan məhsullardır. Antifrizlərin yoxlanılması və lazım olduqda dəyişdirilməsi vacibdir. Şüşəsilənlərin vəziyyətinə daim nəzarət olunmalıdır. Ön və arxa şüşəsilənlər işlək olmalı, lazım gəldikdə dəyişdirilməlidir. Asqı sistemi yoxlanılmalı və qaydalara uyğun şəkildə tənzimlənməlidir. Qar və buzlu yolda avtomobilin stabilliyi üçün ön və arxa asqı hissələrinə diqqət yetirilməlidir. Avtomobilin faralarına nəzarət mütləqdir. Uzaq və yaxın işıqlar düzgün tənzimlənməlidir ki, yağışlı və qarışıq havada sürücü yolu yaxşı görə bilsin. Mühərrik yağı ilə bağlı sürücülər daha çox narahat olmalıdır. Qar və buzlu yollarda mühərrikin asan işə düşməsi üçün yarımsintetik yağ istifadə edənlər sintetik yağlara keçməlidir. Yanacaq – Avtomobillərə özünün istehsal tələblərinə uyğun yanacaq vurulması tövsiyə olunur. “Ai-95”lə işləməli olan avtomobilə “Ai-92” yanacaq vurdurmaq problemlərə səbəb ola bilər”.
Sahil usta qeyd edib ki, Türkiyədə qəbul edilən yeni qanuna əsasən, yük və sərnişin daşıyan avtomobillərdə mütləq şəkildə qar təkərlərindən istifadə noyabrın 15-dən aprelin 15-dək məcburidir:
Azərbaycanda bu sərt tələb olmasa da, avtobuslar və digər nəqliyyat vasitələri üçün tövsiyə olunur. Müşahidələr göstərir ki, bəzi avtobuslar hələ də yay təkərləri ilə sərnişin daşıyır ki, bu da təhlükəli hesab olunur. Ümid edirik ki, belə qərarlar bizim ölkədə də qəbul edilsin”.
Fidan
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












