Sükan lentində nasazlıq yaransa, sürücünü hansı təhlükə gözləyir – AVTOMOBİL USTASI AÇIQLADI - FOTO

Avtomobil idarə edənlərin çoxu sükan lenti haqqında kifayət qədər məlumatlı deil. Lakin avtomobildəki bu ehtiyat hissəsi onu idarə edən şəxsin həyatı üçün çox böyük əhəmiyyətə sahibdir.
Avtosfer.az xəbər verir ki, istər sükan üzərindəki düymələrin işləməsi, istərsə də təhlükəsizlik yastığının açılması məhz ondan asılıdır.
Bəs sükan lentində problem yarananda sürücüyə hansı əlamətlərlə siqnal verir?

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, sükan idarəetməsində yerləşən sükan lentinin əsas funksiyası müxtəlif siqnalları və idarəetmələri ötürməkdir:
“O, SRS sistemi (passiv təhlükəsizlik yastığının göstəricisi), avtomobilin siqnalı, həmçinin sükan üzərində olan idarəetmələr (maqnitofonun işə salınması və ya dayandırılması, menyuya daxil olmaq və çıxmaq və s.) üçün vacibdir. Bütün bu funksiyalar sükan lentindən keçir. Əgər bu avadanlıqlarda nasazlıq yaranarsa deməli sükan lentində hər hansı bir problem var deməkdir”.
Həmçinin Sahil usta qeyd edib ki, ən çox problemlər yapon və koreya avtomobillərində (xüsusilə Hyundai, Kia, Nissan) müşahidə olunur:
“Bu markalarda sükan lentləri daha həssasdır və tez sıradan çıxır. Ona görə də belə avtomobillərdə mütləq orijinal sükan lentindən istifadə edilməlidir. Çünki əgər orijinal tez sıradan çıxırsa, onun dublikatı ondan da tez sıradan çıxacaq. Digər markalarda isə bu problem çox nadir hallarda baş verir. Buna görə də həmin avtomobillərdə dublikat sükan lentindən istifadə etmək mümkündür”.
Nəticədə isə həssas avtomobillərdə mütləq orijinal, digərlərində isə istəyə görə dublikat sükan lentindən istifadə edə bilər.
Fidan
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












