“Sürücülər arasında siqnal mədəniyyəti hələ də zəifdir” – Aqil Rəhimov

Azərbaycanda sürücülər arasında siqnal istifadə mədəniyyəti hələ də kifayət qədər inkişaf etməyib. Çox hallarda siqnal təkcə xəbərdarlıq üçün deyil, emosional reaksiya göstərmək və ya digər sürücüləri təzyiq altında saxlamaq üçün istifadə olunur. Bu, həm yol hərəkətində gərginliyi artırır, həm də qəzaların yaranma riskini yüksəldir. Yol polisinin müşahidələrinə görə, siqnalın düzgün istifadə olunması, yəni yalnız təhlükə, xəbərdarlıq və ya yol hərəkətini nizamlamaq məqsədilə verilməsi sürücülərin diqqətini artırır və yol təhlükəsizliyini təmin edir.
Bəs görəsən, Azərbaycanda siqnal istifadə mədəniyyəti nə dərəcədə inkişaf edib və sürücülər onu yalnız doğru hallarda istifadə edirlərmi?

Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhim Avtosfer.az-a açıqlamsında bildirib ki, şəhər içində yalnız qəzanın qarşısını almaq üçün siqnal vermək olar:
“Şəhər kənarında isə qəzanın qarşısını almaq üçün və ötmə zamanı bunu etmək lazımdır.
Başqa hallarda siqnal vermək qadağandır. Amma reallıqda biz nə görürük? Şəhər içində hərəkətdə yerli-yersiz siqnalları görürük. Tıxac vaxtı, qabağda yüzlərlə maşın var, arxadakı uzun-uzadı siqnal verir.
Yaxud da ki, svetaforda yaşıl yananda daldan siqnallar verilir, özü də uzun siqnallar. Siqnal iki cür olur: mədəni siqnal və mədəni olmayan siqnal. Mədəni siqnal qısa siqnaldır.
Mədəni olmayan siqnal isə uzun-uzadı, elə bir ki, başqalarını təhqir edən siqnaldır. Ona görə, sürücülər buna fikir verməlidir. Başqalarını təhqir edən uzun-uzadı siqnallar, yersiz siqnallar vermək düzgün deyil”.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












