Sürücülər qırmızı işıqda sükanı niyə sola çevirir? - VİDEO

Yol hərəkətində tez-tez rast gəlinən, lakin bir çox sürücünün səbəbini bilmədiyi bir davranış var: qırmızı işıqda dayanan bəzi sürücülər sükanı bir tur sola çevirirlər. Bəs bu hərəkətin arxasında nə dayanır?
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu, sadəcə vərdiş deyil, həyat qurtaran bir ehtiyat tədbiridir. Əgər sürücü qırmızı işıqda dayanıbsa və qarşısında iri həcmli yük maşını varsa, bu, artıq təhlükəli bir vəziyyətin başlanğıcı deməkdir. Belə anlarda əgər arxadan digər bir yük maşını və ya iri tonnajlı avtomobil gəlirsə və diqqətsizlik nəticəsində arxadan çırpılarsa, ön və arxa tərəfdən sıxılma riski yaranır. Bu, xüsusilə də yokuş aşağı yollarda daha böyük təhlükə yaradır.
Lakin sükanı bir tur sola çevirmək bu təhlükəni müəyyən qədər azalda bilər. Belə olduqda, arxadan zərbə alan avtomobil düz istiqamətdə əzilmək əvəzinə sola doğru yönəlir və həm sürücü, həm də sərnişin üçün həyati təhlükə riski xeyli azalır.
Yol hərəkəti üzrə təcrübəli sürücülər və təlimatçılar bu üsulun sadə, amma çox önəmli bir profilaktik tədbir olduğunu deyirlər. Onların fikrincə, xüsusilə iri maşınların sıx olduğu şəhər mərkəzlərində və ya yük avtomobillərinin intensiv hərəkət etdiyi magistrallarda bu vərdiş sürücülərə əlavə təhlükəsizlik təmin edə bilər.
Bu sadə qaydaya əməl etməklə qırmızı işıqda dayanan zaman mümkün zərbələrdən yayınmaq və ciddi qəzaların qarşısını almaq mümkündür.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












