Sürücülərdə və piyadalarda təhlükəli vərdiş – "Dəvəquşu sindromu" nədir? - VİDEO

Yol hərəkətində təhlükəsizliyin təmin olunması təkcə qaydalara əməl etməklə bitmir. Bəzən sürücülər və piyadalar elə vərdişlərə malik olurlar ki, bu, birbaşa onların həyatını riskə atır.
Belə hallardan biri də psixologiyada “Dəvəquşu sindromu” adlandırılan davranışdır. Bu termin insanın təhlükəni görməzdən gəlib, onu inkar etməsi mənasını verir. Məşhur inanca görə, dəvəquşu təhlükə hiss etdikdə başını torpağa salır və belə düşünür ki, təhlükə artıq mövcud deyil.
Avtosfer.az xəbər verir ki, “Avto FM” radiosunun efirində qonaq olan qəza kursları üzrə məşqçi Aqil Rəhimov bildirib ki, eyni yanaşmanı yol hərəkətində də müşahidə etmək mümkündür:
“Bəzi piyadalar düşünür ki, əgər onlar yaxınlaşan avtomobili görmürlərsə, maşın da onları vura bilməz. Sürücülər arasında da oxşar düşüncə tərzinə sahib olanlar az deyil. Məsələn, bəzi sürücülər yolayrıcında və ya stop nişanında dayanıb ətrafa baxmadan hərəkət edirlər, çünki hesab edirlər ki, gözlərini yumduqda təhlükə də yox olur. Halbuki bu cür düşüncə ağır qəzalarla nəticələnə bilər”.
Aqil Rəhimovun “Avto FM” radiosunun efirindəki çıxışının videosunu sizə təqdim edirik:
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












