Sürücülərin sol zolaq xəstəliyi: Sağ zolaqla niyə hərəkət etmirlər? - VİDEO

Sürücülərin əksəriyyəti yolun hərəkət hissəsində yerləşmə qaydasını kobud şəkildə pozurlar. Müşahidələrdən də görünür ki, sürücülər ən təhlükəsiz zolağı qoyub təhlükəli zolaqlarla hərəkət edirlər. Avtosfer.az xəbər verir ki, qəzaların da baş verməsi məhz buradan yaranır. Öncə hərəkət hissəsində yerləşmənin nə olduğundan danışaq. "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Bu maddədə birmənalı olaraq göstərilib ki, yaşayış məntəqələrindən kənarda, o cümlədən avtomagistrallarda sağ zolaq boş olan halda sürücülərin digər zolaqlarla hərəkət etməsi qadağandır. Bu qaydanın pozulmasına görə inzibati qaydada məsuliyyət də nəzərdə tutulub. Düzdür, yaşayış məntəqələrində sol zolaqlarla hərəkət etmək inzibati məsuliyyət yaratmasa da, bunun təhlükəli tərəfləri də var. Ziya Bünyadov, 8 Noyabr, Heydər Əliyev prospekti tipli yollarda sürücülərin sağ zolaqla hərəkət etməsi tövsiyə olunur. Çünki bütün sürücülər sol zolaqlarla hərəkət etdikləri üçün həmin zolaqlar həddindən artıq yüklü olur. Onlar elə düşünürlər ki, sol zolaqla hərəkət edən zaman mənzil başına tez çatırlar. Lakin bu, kökündən yanlış düşüncədir. Təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, sol zolaqlar yüklü olduğundan sağ zolaqla daha rahat hərəkət etmək olur. Statistikalara görə, qəzaların əksəriyyəti sol zolaqlarda baş verdiyi üçün sağ zolaqlar ən təhlükəsiz zolaq hesab olunur.
Sürücülərə tövsiyə edirik ki, istənilən yolda hərəkət edərkən sağ zolaqlara üstünlük versinlər. Ötmə və manevrlər üçün sol zolaqları boş saxlasınlar. Bu, həm öz təhlükəsizlikləri, həm də rahatlıqları üçün faydalı olacaq.
Nərmin
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










