Sürücülük hüququ ən çox neçə il müddətinə məhdudlaşdırıla bilər? - VİDEO

Azərbaycanda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilirlər. Qanunvericilikdə bu cəza həm inzibati, həm də cinayət xarakterli hallarda nəzərdə tutulur.
Mövcud qaydalara əsasən, sürücülük vəsiqəsindən məhrumetmənin minimum müddəti 6 ay, maksimum müddəti isə 2 il təşkil edir. Lakin cinayət xarakterli hallarda bu müddət 5 ilə qədər uzadıla bilər.
Ən sərt sanksiyalar isə spirtli içki və ya narkotik vasitələrin təsiri altında sükan arxasına keçən şəxslərə tətbiq olunur. Belə ki, sərxoş halda avtomobil idarə edən sürücülər 1 ildən 2 ilədək, narkotik vasitənin təsiri altında sükan arxasına keçənlər isə 2 ilədək sürücülük hüququndan məhrum edilirlər.
Qeyd edək ki, cinayət xarakterli yol-nəqliyyat hadisələrində bu müddət daha da artır. Məsələn, sağlamlığa az ağır zərər vurulduqda 2 il, sərxoş və ya narkotik vasitənin təsiri altında insan ölümü ilə nəticələnən qəza törədildikdə isə 5 ilədək müddətə sürücülük hüququndan məhrum edilə bilərlər.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












