Sürücülük vəsiqəsi itirilərsə sürücü nə etməlidir? – Ekspertdən AÇIQLAMA

“Sürücülük vəsiqəsi itirilərsə vətəndaş mütləq ilk növbədə vəsiqəni itirdiyi ərazi üzrə və yaxud yaşadığı ərazi üzrə polis şöbəsinə yaxınlaşmalıdır, ərizə yazıb itmə barədə oradan arayış almalıdır".
Bunu Avtosfer.az-a açıqlamasında nəqliyyat eksperi Elməddin Muradlı bildirib.
O qeyd edib ki, sürücü arayış aldıqdan sonra ASAN xidmət mərkəzlərinə yaxınlaşaraq sürücü vəsiqəsini yenisi ilə əvəz edə bilər: "Əvvəl buna görə cərimə nəzərdə tutulurdu, amma indi heç bir cəriməsi yoxdur. Sadəcə, rüsumu ödəyib yeni vəsiqəni əldə etmək lazımdır. Burada əsas tələb vəsiqənin itirilməsi barədə arayışın olmasıdır. Çünki bəzən sürücülük hüququ məhdudlaşdırılan şəxslər, qərar çıxandan sonra sürücülük vəsiqəsini gizlədirlər ki, itirmişəm və elə bilirlər ki, bu, onların xeyrinədir. Amma müddət keçəndən sonra vətəndaş vəsiqəni almağa gedir. Orada isə məlum olur ki, məhdudlaşdırılan müddət hələ başlamayıb. Ona görə sürücülük hüququ məhdudlaşdırılanda vəsiqə itirilibsə mütləq bu barədə vətəndaş arayış almalıdır. Bu arayış əsasında onun hüququ məhdudlaşdırılması müddəti hesablanmağa başlayır”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












