Sürücülük vəsiqəsini üzərində gəzdirmək vacibdirmi? – DYP-dən RƏSMİ AÇIQLAMA - VİDEO

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. DYP əməkdaşları yoxlamalar zamanı ilk bunu tələb edirlər.
Bəs sürücünün sürücülük vəsiqəsini üzərində gəzdirməsi vacibdirmi?
Avtosfer.az xəbər verir ki, bu sualı Avto FM radiostansiyasının efirində yayımlanan "Qaydaları pozma" verilişində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablayıb.
O, bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinə qeyd olunub ki, sürücü sürücülük vəsiqəsini, avtomobili etibarnamə ilə idarə edirsə, etibarnaməsini, texniki şəhadətnaməsini, yol vərəqəsini və s. sənədləri üzərində gəzdirmək onun vəzifəsidir: “Lakin müasir informasiya texnologiyaları vasitəsilə artıq yol vərəqələri istisna olmaqla bu cür sənədlərin hər biri mövcud sistemdə öz əksini tapıb. Buna görə də sürücülük hüququnun olub-olmamasını müəyyənləşdirmək onun üzərindəki vəsiqə ilə yox, elə mövcud sistemə daxil olmaqla müəyyən edilir. Amma hər bir halda sürücülərdən sürücülük vəsiqələrini avtomobillərində saxlaması məqsədəuyğun hesab olunur. Burada məsələ qanun pozuntusu kimi inzibati protokolun tərtib olunması deyil. Sürücülər hər hansısa bir yol-nəqliyyat hadisələrində, eyni zamanda ağıla gələn və ya gəlməyən situasiyalarda mövcud sənədlərin şəxsin öz üzərində olmasının üstünlüyünü unutmamasıdır”.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












