Şüşəsiləni nasaz olan avtomobilin sürücüsünü hansı cəza gözləyir? - VİDEO

Avtomobilin konstruksiyasının vacib elementlərindən biri də şüşə silgəcləridir. Təssüflə qeyd etmək lazımdır ki, bəzən sürücülər bunun vacibliyinin fərqinə varmırlar. Adətən “VAZ” markalı avtomobillərin sürücüləri şüşə silgəclərinin birini, yaxud hər ikisini çıxarırlar. Bəzən isə sürücülər şüşə silgəcləri nasaz vəziyyətdə olan avtomobillə yola çıxırlar.
Bəs bu cür avtomobil idarə edənləri qanunla hansı məsuliyyət gözləyir?
Avtosfer.az xəbər verir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin IV hissəsinə əsasən, avtomobildə qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlarının olması məcburi hesab edilir. Onları çıxarmaq və ya nasaz vəziyyətdə saxlamaq yağışlı havada sürücünün yolu görməsini məhdudlaşdırır. Bəzən sürücülər sağ tərəfdəki şüşə silgəcini çıxardıqları üçün yağışlı havada alın şüşəsinin həmin hissəsi çirkli olur. Bu halda sürücü avtomobilin sağ tərəfindəki maneələri görmədiyi üçün qəza qaçılmaz ola bilər.
İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən şüşə silgəcləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO












