Taksi sürücülərinə şad xəbər - Yeni tələblər barədə bunları bilməlisiniz - VİDEO

Xəbər veridiyimiz kimi taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin taksilərə dair təsdiqlədiyi avtomobillərin buraxılış ili ilə bağlı tələb barədə hüquqşünas Ərşad Hüseynov danışıb.
O, bildirib ki, qərarda qeydiyyat şəhadətnaməsi əsasında buraxılış ili 8 ildən artıq olan avtomobillər üçün buraxılış kartı verilməyəcəyi bildirilir: “Amma qərarda həm də göstərilir ki, taksi, yük avtomobillərindən 15 ilədək müddətdə istifadə oluna bilər. Təsdiqlənən tələblərə əsasən 8 il ilə bağlı tələb iyul ayının 1-dən sonra qüvvəyə minəcək. Yəni, bu o demək deyil ki, 8 ildən yuxarı yaşı olan avtomobillərdən heç bir halda taksi kimi istifadə oluna bilməz. Belə ki, buraxılışı 14 ili keçməyən avtomobillər taksi kimi fəaliyyət göstərmək istəyirsə, o zaman iyul ayının 1-nə qədər avtomobilini digər tələblərə uyğunlaşdırıb, Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib, buraxılış kartını ala bilər. Əgər 8 ildən yuxarı yaşı olan avtomobillər üçün buraxılış kartı göstərilən tarixə qədər alınmasa, sonra bu mümkün olmayacaq. Amma kart alınsa, həmin avtomobillərin yaşı 15-ə çatana qədər taksi kimi istifadə oluna bilər”.
Hüquqşünas daha bir incə məqam barəsində də danışlıb. Bildirib ki, avtomobilin 7 il 11 ay yaşı varsa və bu avtomobil üçün buraxılış kartı alınıbsa, kart yeddi il müddətinə verildiyi üçün tarixin sonuna kimi, yəni avtomobilin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edilə bilər.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












