Taksi sürücülərinə XƏBƏRDARLIQ: “Buna görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiz” - VİDEO

Artıq taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib. Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş yeni tələblərin detallarını açıqlayıb. O, bildirib ki, taksilərə kamera quraşdırılacaq: “Yəni siz ikitərəfli videoregistrator almalısınız ki, çölü də çəksin, içərini də. Bu, sizin özünüz üçün də faydalıdır. Çöldə hər hansı bir hadisə baş verir, siz də bunu qeydə alırsınız. Gələcəkdə yol-nəqliyyat hadisələri, neqativ hallar baş verəndə bunu sübut etmək üçün əlinizdə görüntü olur. Həm də salonu çəkirsiniz. Çünki artıq bəzi taksi sürücülərinin əlindən müştərilər bezib. Həqiqi peşəkar taksi sürücüləri belə artıq gözdən düşmək üzrədir. Avtomobillərdə olan görüntülər gələcəkdə hər hansı şikayət olduqda onları araşdırmaq üçün zəruridir”.
Nəqliyyat eksperti taksi sürücülərini diqqətinə çatdırmaq üçün vurğulayıb ki, bu görüntülər şəxsi məhsulunuz deyil: “Siz axşam gedib registratorun yaddaş kartını kompyuterə qoşub camaatın görüntülərini haradasa paylaşa bilməzsiniz. Sifariş verən adam məlumatlarınızı görür. Belə ki, avtomobildə sizin şəxsi məlumatlarınız və şəkliniz olan lövhə olacaq. Qeyd edilən hallarda sizi şikayət etsələr, cinayət məsuliyyətinə cəlb olunacaqsınız. Çünki şəxsi məlumatlar yayıla bilməz”.
Elməddin Muradlı sovet avtomobillərindən də danışaraq qeyd edib ki, onları satmaq lazımdır: “Bu avtomobillərdən qurtulmaq lazımdır. Çünki qanuna görə, taksi avtomobili isitmə-soyutma və ABS sistemi ilə təmin edilməlidir. Bu da köhnə “Jiquli”lərdə yoxdur. Ona görə bu avtomobillər tarixin arxivinə getdi”.
Məhəbbət Tərlanoğlu
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










