Taksi sürücüsü maşının kondisionerini işlətmirsə, sərnişin nə etməlidri? – RƏSMİ AÇIQLAMA - FOTO

Son günlər paytaxtda və regionlarda taksidən istifadə edən vətəndaşlar sürücülərin qanunu pozmasını əsas gətirərək narazılıqlarını bildirir.
Avtosfer.az xəbər verir ki, narazılıqların əksəriyyəti sürücülərin isti havalarda kondisionerdən istifadə etməməsi, istifadə edənlərin də əlavə ödəniş tələb etməsi ilə əlaqədardır. Sürücülər isə ya taski şirkətlərinin qiymətlərinin aşağı olmasını, ya da yanacağın qiymətini bəhanə gətirir. Vətəndaşlar isə bu məqamda hara şikayət edəcəklərini bilmədikləri üçün sürücü ilə aralarında mübahisə yaranır.
Mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur:

“Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv edilir”.
Sərnişinlərin diqqətinə onu da çatdıraq ki, taksi tətbiqlərində sürücülərə verdiyiniz “5 ulduz bonus”lar onların qüsursuz xidmət aparmasının göstəricisidir. Belə olan halda taksi şirkətləri həmin sürücülərin qayda pozmalarını, kondisioner qoşub-qoşmadıqlarını aşkarlamaqda və cəzalandırmaqda çətinlik çəkirlər.
Səfər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












