Təyyarədə siqaret çəkməyin cəzası nədir?

Təyyarədə siqaret çəkməyin qadağan olduğunu hər kəs bilir. Hava gəmisində bununla bağlı xüsusi nişanlar olmaqla yanaşı bələdçilər tərəfindən də xəbərdarlıq olunur.
Bəzən uzun səfərlərə çıxan sərnişinlər bu qaydaları pozurlar. Məsələn, 12 saatlıq uçuş zamanı siqaret çəkən insanlar yumşaq desək “əziyyət” çəkir və qaydaları pozaraq təyyarənin sanitar qovşağında siqaret çəkirlər.
Təyyarə bələdçiləri bildirir ki, sərnişin qaydaları pozaraq siqaret çəkərsə hava limanına enən zaman müvafiq olaraq hüquq-mühafizə orqanlarına təslim olunacaq və növbəti dəfə aviaşirkətin qara siyahısına salınacaq.
Bəs hüquq-mühafizə orqanları həmin şəxslə bağlı hansı tədbirləri görür? Bu ölkədən-ölkəyə dəyişir. Avtosfer.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində bunun cəzası var. İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi hava nəqliyyatında tütün çəkmə barəsindədir. Maddəyə görə hava nəqliyyatında tütün çəkməyə görə şəxs yüz manat məbləğində cərimə olunur.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












