Tıxacın qarşısını almaq, yoxsa tıxac yaratmaq? – Hər gün məhdudlaşdırılan küçələr

Sürücülərin müntəzəm olaraq şikayət etdiyi mövzulardan biri də günün pik saatlarında bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılmasıdır. Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları həmin küçələrdə xidmət apararaq avtomobillərin hərəkətini saxlayır və müəyyən etdikləri növbəlilik əsasında sürücülərin hərəkətinə icazə verir. Sürücülər idda edirlər ki, bu şəhərdə tıxacları daha da artırır və yollarda saatlarla vaxt itirirlər.
Bəs Bakı şəhərində hərəkət müntəzəm olaraq məhdudlaşdırılan küçə və prospektlər hansılardır?
Siyahı:
1. Mikayıl Üseynov küçəsi, Azneft dairəsi istiqamətində;
2. Babək prospekti, Heydər Əliyev və Yusif Səfərov prospektinə çıxış;
2. Şəhər (Zabrat) prospekti - H. Əliyev (aeroport yolu) prospektinə çıxış;
3. Heydər Əliyev prospektinin köməkçi yolu mərkəz istiqamətində;
4. Q. Qarayev prospektindən “Koroğlu” qovşağına çıxış;
5. Xocalı prospektindən Y. Səfərov küçəsinə çıxış;
6. Mikayıl Əliyev küçəsindən “Koroğlu” qovşağına çıxış;
7. Salamzadə küçəsindən Z. Bünyadov prospektinə çıxış;
8. Zərdabi küçəsi, 20 Yanvar dairəsi istiqamətində;
9. Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsi, svetoforun bir neçə dövrü ərzində A. Cəlilov küçəsindən gələn axın saxlanılır;
10. A.Bakıxanov küçəsinin üstünlüyünə görə Səməd Vurğun, Azadlıq, Rəşid Behbudov küçələri svetofor fəzalarının uzadılması;
11. F.X. Xoyski prospektindən Koroğlu Rəhimov küçəsinə döngə; (səhər saatlarında)
12. Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsındən Heydər Əliyev prospektinə çıxış:
13. Badamdar, Kənar Dairəvi yoldan M. Müşfiq küçəsi istiqamətində;
14. M. Müşfiq küçəsi və Mətbuat prospektinin kəsişməsi, Badamdardan gələn axın məhdudlaşdırılır;
15. Ceyhun Səlimov küçəsindən 3 mikrorayon dairəsinə gedən hissə;
16. Ramana və Binə qəsəbələrindən H.Əliyev prospektinə çıxış;
Qeyd edək ki, DYP bu tədbirləri şəhərin mərkəzi hissələrində tıxacın qarşısının alınması məqsədilə keçirdiyini bildirir. Lakin belə olduğu halda şəhərdə icitimai nəqliyyat normal işləyə bilərmi?
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












