Tunellərdə bu işıqları yandırmayan sürücülər CƏRİMƏ OLUNACAQ - VİDEO

Tunellər ən təhlükəli yol sahələrindən biri hesab olunduğu üçün orada xüsusi qaydalar tətbiq edilir. Lakin bu qaydalara əksər sürücülər riayət etmirlər. Avtosfer.az xəbər verir ki, uzun tunellərdə təhlükəsizliyi müəyyən qədər təmin etmək məqsədilə süni işıqlandırma təşkil edilir. "Yol hərəkəti haqqında" qanuna əsasən istər süni işıqlandırma olan, istərsə də işıqlandırma olmayan tunellərdə avtomobilin yaxın vuran işıqları mütləq qaydada yandırılmalıdır. İşıqlı yol sahəsindən tunelə daxil olan zaman sürücülər kor effektinə məruz qalırlar. Belə olan halda tunelə daxil olan sürücü maneə ilə üzləşsə qəza qaçılmaz olacaq. Qanunvericilikdə də məhz buna görə işıq cihazlarının yandırılması vacib hesab olunur ki, sürücülər qarşıda gedən və arxadan gələn nəqliyyat vasitələrini rahatlıqla görə bilsinlər.
Tunellərdə yaxın işıqlardan istifadə edilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Eyni zamanda tunellərdə ötmə əməliyyatı etmək də qadağandır. Lakin sürücülər ötmənin qadağan edilməsindən, asfalt üzərində bütöv xəttin tətbiq edilməsindən asılı olmayaraq bu qaydanın da tələbini pozurlar.
Qeyd edək ki, tunellərdə ötmə əməliyyatı edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












