Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki, Ukrayna dairəsi adlanan ərazidəki xətlənmədən gedir.
Sürücülərin əksəriyyəti bu xətlənmənin nə olduğundan xəbərsizdir, bəziləri isə cərimələnməkdən qorxurlar. Bildirirlər ki, o adacıq pik saatlarda tıxacın olduğu dairədə zolaqların sayını da azaldır.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Ukrayna dairəsinin kənarında yerləşən nəqliyyat adacığı yol hərəkətinin təhlükəsizliyinin artırılması və axınların nizamlanması məqsədilə layihələndirilmiş mühəndis həllidir. Nəqliyyat adacıqlarının əsas mahiyyəti yolun həndəsi quruluşu vasitəsilə sürücülərin hərəkət trayektoriyasını əvvəlcədən formalaşdırmaq, zolaq dəyişməni nizamlamaq və təhlükəli manevrlərin qarşısını almaqdan ibarətdir.
Sözügedən adacıqlar dairəyə daxilolma və dairə daxilində hərəkət edən nəqliyyat vasitələrinin axınlarını bir-birindən ayırmaqla sürücüləri məcburi, lakin nəzarətli zolaq dəyişməyə yönləndirir. Adacığın məqsədi qəza şəraiti yaratmaq deyil, əksinə, ani və nizamsız zolaq dəyişmələrinin qarşısını almaqla potensial riskləri əvvəlcədən aradan qaldırmaqdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, bu adacığa daxil olan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












