"VAZ" markalı avtomobillərə bu stoplardan quraşdırmaq olar, ya yox? - FOTO

"VAZ" markalı avtomobillərin sürücüləri işıq cihazlarına müəyyən dəyişikliklər edirlər. Avtosfer.az xəbər verir ki, onlar zavodun istehsal etdiyi stop işıqlarını çıxararaq yerinə Çinin istehsal etdiyi stop işıqlarını quraşdırırlar. Hətta "Niva" və "2107" markalı avtomobillərin xüsusi fiqurlar və formalardan ibarət stopları da istehsal edilir. Bunu quraşdıran sürücülər yol polisi tərəfindən cərimələndikdən sonra narazılıq edirlər. Onlar bildirir ki, bunu zavod istehsal etdiyinə görə cərimə yazılması doğru deyil. Lakin bu, kökündən yanlış fikirdir.
Avtomobili istehsal edən zavod məsləhət bilsəydi həmin işıq cihazlarını özü quraşdırıb satışa çıxarardı. Sözsüz ki, sürücülərin sonradan quraşdırdığı stop işıqları da hansısa zavodda istehsal edilir. Amma hansı şərtlər altında, hansı normativ tələblər əsasında hazırlanır, bax, bu sual altındadır. Təqdim etdiyimiz fotoların birində avtomat formalı stopları görəcəksiniz. Bunu da təbii ki, Çinin həmin zavodu istehsal edib. Bunun zavod tərəfindən istehsal edilməsi o demək deyil ki, onların istifadəsinə icazə verilir.
Qeyd edək ki, sonradan quraşdırılmış bu stop işıqlarına görə avtomobiliniz duracağa yerləşdirilə, barənizdə isə cərimə tətbiq edilə bilər.

.jpg)
.jpg)
.jpg)
.jpg)
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












