Vəsiqəsi məhdudlaşdırılan sürücülərin diqqətinə: Bu halda heç vaxt maşın sürə bilməyəcəksiniz

Nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılan sürücülərin əksəriyyəti məlumatsız olduqları üçün problemlə üzləşirlər. Bu barədə bir neçə sürücü Avtosfer.az-ın elektron ünvanına müraciət ünvanlayıblar. Onlar bildirirlər ki, məhdudlaşdırma müddətinin bitməsinə baxmayaraq avtomobili idarə edə bilmirlər. Çünki sistemdə hələ də məhdudiyyətin olması ilə bağlı məlumat görünür.
Qanunla bu məsələ necə tənzimlənir?
Qeyd edək ki, sürücülük hüququ məhdudlaşdırılan zaman sürücü vəsiqəni özündə saxlamamalıdır. Məhudlaşdırılma ilə bağlı qərar qəbul edilən kimi vəsiqə Dövlət Yol Polisi İdarəsinə təhvil verməlidir. Sürücü vəsiqəni təhvil verən gündən sonra məhdudlaşdırma müddəti hesablanmağa başlayır. Lakin vəsiqə təhvil verilmədikdə müddət olduğu kimi qalır. Onun üzərindən illər keçsə də, sürücünün hüququ məhdudlaşdırılmış şəkildə qalmaqda davam edir. Bu məsələdən xəbərsiz olan sürcülər problemlə üzləşirlər.
Könül
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












