Yalnız bu halda sağ zolağa keçməyən sürücülər cərimələnə bilər - VİDEO

Sürücülərin hələ də bilmədikləri qaydalardan biri də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsidir. Bu qaydanın pozulması əsasən rayon yollarında müşahidə edilir. Avtosfer.az xəbər verir ki, sürücülər yaşayış məntəqələrindən kənarda, o cümlədən avtomagsitrallarda düzgün zolaqda yerləşmirlər. “Yol hərəkəti haqqında” qanunun 49-cu maddəsində qeyd olunub ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə 5.1 (avtomagistral) nişanı və ya 5.3 (avtomobil yolu) nişanı ilə işarələnmiş yollarda sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Bir çox sürücülər yaşayış məntəqələrindən kənarda sol zolağı boş görərək daimi həmin zolaqda hərəkət edirlər. İrad bildirən zaman isə “sol zolaq sürətlə gedənlər, sağ zolaq isə asta gedənlər üçündür” – deyirlər. Düşünürlər ki, yüksək sürətlə hərəkət edirsənsə sağ zolağın boş olmasına baxmayaraq sol zolaqla hərəkət etmək lazımdır. Bu, kökündən yanlış fikirdir. Qanunda yazıldığı kimi normal hərəkət zamanı sürücü sağ zolaqda yerləşməlidir. Yaşayış məntəqsindən kənara çıxdıqda və ya 5.1 nişanı ilə işarələnmiş avtomagsitralda hərəkət etdikdə sağ zolaq boş olan halda digər zolaqlarla hərəkət etmək qadağandır. Bu qaydanın pozulmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Hətta avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməsinə, geriyə hərəkət etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












