“Yeraltı keçidlərin yanında dublyoru təşkil olunmalı, “zebra”lar çəkilməlidir” – Ekspert - VİDEO

Son günlər ölkəmizin nəqliyyat infrastrukturu ilə bağlı ən çox problem yaradan məsələlərdən biri kimi məhz yeraltı keçidlər müzakirə mövzusudur. Vətəndaşlar yeraltı keçidlərin onların vaxtını aldığını, yaşlı insanlar və uşaqlı qadınlar, fiziki qüsurlu şəxslər və eləcə də təkərli nəqliyyat vasitələrinin istifadəçiləri üçün çətinliklərə səbəb olduğunu bildirir. Beynəlxalq təcrübədən də görünür ki, artıq dünyanın əksər ölkələri yeraltı keçidləri yığışdırır, əvəzində şəhərlərdə daha mobil vəziyyət yaradır. Azərbaycan kimi postsovet ölkələrində isə hələ də yeraltı keçidlər aktiv şəkildə istifadə olunur. Mütəxəssislər hesab edir ki, bu istifadədən daha çox məcburiyyətdir. Şəhərimizdəki əksər yeraltı keçidlər metro çıxışı kimi fəaliyyət göstərdiyi üçün vətəndaş bu çıxışların hansısa birinə doğru hərəkət etməyə məcbur olur. Şəhərə nabələd, metronun hansı çıxışının hansı istiqamətdə hərəkətə imkan yaratdığını bilməyənlər isə yeraltı keçidləri düzgün istifadə edə bilmir. Belə ki, vətəndaş hansısa metro çıxışından küçəyə hərəkət etdikdə, yanlış gəldiyini düşünürsə, yolun qarşı tərəfinə keçiddən istifadə etmədən getməli olur. Nəticədə isə ya ağır qəzalar baş verir, ya da piyada cərimələnir. Bu hallar “Xalqlar dostluğu”, “İnşaatçılar”, “Əhmədli”, “Həzi Aslanov” kimi 3 və 4 çıxışı olan metro stansiyalarında ən çox rast gəlinən mənzərəyə çevrilib.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərlərdə yol hərəkətinin ən az qorunan iştirakçısı piyadalardır. Buna görə də piyadanın təhlükəsizliyi prioritet olmalıdır:

“Bunun üçün də şəhərlərdə səkilər rəvan olmalıdır, həm panduslar qaydasında olmalıdır, həm də onun yolunda hansısa maneələr olmamalıdır. Eyni zamanda piyada üçün qısa keçidlər olmalıdır. Bu keçidlər təhlükəsizlik adacığı ilə, həm də contrast işıqlandırma ilə təmin olunan və eyni səviyyədə təşkil edilməlidir. Təhlükəsizlik adacıqları nəyə lazımdır? Əgər piyada yolu keçməyə yetişməsə, həmin təhlükəsizlik adacığında gözləyir və sonra yoluna davam edir. Kontrast işıqlandırma – uzaqdan gələn sürücüyə həmin sahəni konkret olaraq işıqlandırmaqla diqqətini piyadaya yönləndirməyə kömək edir. Müxtəlif səviyyədə keçidlər bir vaxtlar Avropada da, postsovet ölkələrində də tikilib. Bu keçidlərin effektiv olmaması səbəbilə onların yanında dublyor təşkil edilir. Yəni, “zebra”lar çəkirlər, insanlara daha rahat keçid imkanı yaradırlar”.
Səfər
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












