Yol polisi qayda pozan sürücüyə videogörüntü göstərməlidirmi? - İZAH - VİDEO

Yol polisi tərəfindən saxlanılan sürücülərin əksəriyyəti qayda pozmalarına dair videogörüntü tələb edirlər. Polis əməkdaşının mütləq şəkildə videogörüntü göstərməsi ilə bağlı sürücülərdə fikir formalaşıb. Onlar elə düşünürlər ki, yol polisi videogörüntü göstərə bilmirsə cərimə yazması qanunsuzdur.
Bəs qanun bu haqda nə deyir?
"Yol Patrul Xidməti" haqqında təlimatın 4.7-ci bəndində qeyd olunub ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.
Qeyd edək ki, bu görüntünün sürücüyə yerindəcə təqdim edilməsi ilə bağlı yol polisinin heç bir öhdəliyi yoxdur. Hətta qanunda qeyd olunub ki, yol polisi əməkdaşı vizual şəkildə aşkar etdiyi qayda pozuntusuna görə sürücünü dayandırıb inzibati qaydada məsuliyyətə cəlb edə bilər. Sürücü narazı qaldığı təqdirdə Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edib videogörüntü ilə tanış ola bilər. Amma yolda polis əməkdaşından görüntü tələb etmək qanunda nəzərdə tutulmayıb.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












