Yol polisi sürücünü hansı hallarda təqib edə bilər? - Araz Əsgərlidən AÇIQLAMA - VİDEO

Bəzən qayda pozaraq hadisə yerindən uzaqlaşan sürücülər Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən təqib olunur. Adətən belə vəziyyətdə əmrə tabe olmayan sürücü izini itirmək üçün sürət həddini aşır və yol polisi də avtomobili yüksək sürətlə idarə etməyə məcbur qalır. Belə olduqda ərazidən keçən sürücülər, piyadalar üçün təhlükə yaranır. Təbii ki, ən pis halda qəza meydana gəlir. Bəs hansı hallarda yol polisi sürücünü təqib etmə hüququna malikdir?
Yol polisi istənilən halda sürücünü təqib edə bilməz. Bu, yalnız qanunla nəzərdə tutulmuş hallarda mümkündür. Mövzuyla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib. “Yol Patrul Xidmətinin əməkdaşları məhkəmənin verdiyi qərarla avtomobili saxlamaq hüququna malikdir. Həmçinin axtarışı elan olunmuş və cinayət törətməkdə ehtimal olunan nəqliyyat vasitəsi təqibə məruz qalır. Konkret olaraq cinayət törətmiş şəxsin avtomobili idarə etdiyi, sərnişin qismində maşında olduğu və ya cinayət tərkibli axtarışı təmin olunan hər hansı bir əşyanı, malı, materialı nəqliyyat vasitəsində daşıdığı zaman yol polisi onu izləmə hüququna malikdir. Məsələn, sürücünün ödənilməmiş borcu varsa məhkəmənin qərarıyla ona ipotek qoyulub maşını saxlanılmalıdır. Əgər sürücü saxla əmrinə tabe olmursa o zaman hərəkətini dayandırmaq üçün davamlı şəkildə onun saxlama sənədi təmin olunmalıdır. Yol Patrul haqda təlimatda da göstərildiyi kimi, hər hansı xüsusi operativ tədbirlə bağlı aidiyyəti orqana birbaşa məlumat daxil ola bilər. Bu zaman bütün qüvvə və imkanlar səfərbər olunması vacib hesab edilərək Yol Patrul Xidməti əməkdaşları anidən aldıqları göstərişin icrasıyla bağlı addımlar atmalıdır”.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












