Yol polisi zəruri halda sürücüdən maşınını tələb edə bilərmi? - "Yox" deyənə cərimə düşür

İzlədiyimiz bir çox xarici filmlərdə qəza, yaxud fövqəladə hallar zamanı polisin yoldan keçən yük maşınını saxlayaraq ondan istifadəsini əks etdirən səhnələr var. Belə ki, yaranmış vəziyyətlə əlaqədar onlar sürücüdən qəzalı nəqliyyat vasitəsinin ərazidən uzaqlaşdırılmasını, yaxud təhlükəli halın qarşısının alınması tələb edirlər. Təbii ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmçinin sürücü yerinə yetirməli olduğu öhdəlikdən boyun qaçırdığı zaman məsuliyyətə cəlb olunur. Bəs Azərbaycanda bu halla bağlı hər hansı bir qayda mövcuddur?
İşıqlandırdığımız mövzu qanunda öz əksini tapıb və müvafiq maddəylə tənzimlənir. Avtosfer.az-ın məlumatına görə, qanunda qeyd olunub ki, fövqəladə, yaxud təxirəsalınmaz hallarda yükdaşıyan nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir. Əks halda məcəllənin İnzibati Xətalar Məcəlləsinin 342.1.9. maddəsinə əsasən, sürücülər 40 manat məbləğində cərimə olunur.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












