Yol polisinə tabe olmamaq nə deməkdir? - 100 manatlıq cərimə bu halda yazıla bilər - VİDEO

Yol polisi əməkdaşının "saxla" işarəsinə tabe olmamağa görə, qanunvericilikdə cərimə nəzərdə tutulub. Lakin cərimənin hansı hallarda tətbiq edilməsi ilə bağlı sürücülər məlumatsızdırlar. Avtosfer.az sürücülərə qaranlıq qalan həmin məsələyə aydınlıq gətirəcək.
Öncə onu qeyd edək ki, yol polisi əməkdaşı piyada xidmət zamanı sürücüyə "saxla" işarəsini fit və jezllə işarə verməlidir. Patrul avtomobilində olan zaman isə işarəni səsgücləndirici cihaz vasitəsilə aydın görə və ya eşidə biləcək şəkildə verməlidir.
Sürücü hər hansı bir səbəbə görə bu əmrə tabe olmadıqda pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir.
Bəzən yol polisi əməkdaşı "saxla" işarəsi verən zaman sürücü həmin işarəni görmür və ya avtomobili dayandırmağa şərait olmur. Bu halda polis əməkdaşı onu bir neçə yüz metr təqib etdikdən sonra dayandırır və sürücüyə tabe olmadığını bildirərək ona cərimə yazır. Qeyd edək ki, bu halda cərimə yazılması düzgün deyil. Çünki, sürücü təqibdən sonra işarə verən həmin polis əməkdaşının əmrinə tabe olmuş sayılır.
Yol Hərəkəti Haqqında Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, yol polisi əməkdaşı sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi doğru hesab olunmur. Sürücü əmrə tabe olmadığı halda polis əməkdaşı həmin məlumatı radio-cihaz vasitəsilə qarşıdakı əməkdaşa ötürürsə və həmin sürücü digər əməkdaş tərəfindən dayandırılırsa, bu halda tabesizlik cəriməsi tətbiq edilə bilər.
Həmin məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynovun açıqlamasını video şəklində təqdim edirik:
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












