Yola qaçmaq istəyən piyadanı vurmamaq üçün nə etmək lazımdır? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO

Yol hərəkəti zamanı piyadalarla bağlı baş verən qəzalarda sürücünün düzgün qərar verməsi həlledici rol oynayır. Xüsusilə piyadaların qəfil hərəkət etdiyi hallarda düzgün idarəetmə bacarığı ağır nəticələrin qarşısını ala bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov piyada vurma riskinin minimuma endirilməsi üçün sürücülərin diqqət etməli olduğu əsas məqamlardan danışıb. O bildirib ki, piyadaya yaxınlaşan zaman edilən yanlış hərəkətlər qəzaya səbəb ola bilər.
Məşqçinin sözlərinə görə, əsas məqsəd piyadanı vurmamaq üçün əvvəlcədən düzgün manevr etməkdir:
“Piyada vurma hadisəsi niyə baş verir? Məsləhət olunur ki, piyadaya çatmamış sürəti bir qədər artırırıq. Bu zaman avtomobildə ətalət yaranır və piyadaya çatanda ayağımızı tormuz pedalına qoyuruq”.
Aqil Rəhimov qeyd edib ki, piyadanın yanından keçərkən sürücünün ayağı mütləq əyləcin üzərində olmalıdır:
“Piyadanın yanından keçəndə son saniyədə birdən qaçarsa, dərhal tormuz pedalını basmaq mümkün olsun deyə diqqətli olmalıyıq”.
Məşqçi diqqətə çatdırıb ki, piyadalar çox vaxt məhz axırıncı anda hərəkət edirlər və bu da qəza riskini artırır:
“Bu situasiyada – piyadanın yanından keçən anda – ayaq əyləcdədir. Tam onu keçəndən sonra tormuzu buraxmaq olar. Çünki piyadalar adətən axırıncı anda qaçırlar”.
Aqil Rəhimovun sözlərinə görə, bu sadə, lakin effektiv yanaşma sürücüləri ağır yol-nəqliyyat hadisələrindən qoruya bilər:
“Belə etsəniz, bu tip qəzalardan uzaq olarsınız və sizin həyatınız alt-üst olmaz”.
Məşqçi sürücülərə xüsusilə yaşayış məntəqələrində, piyada keçidlərinin yaxınlığında və sıx hərəkət olan ərazilərdə maksimum diqqətli olmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












