Yük daşıyan zaman diqqət etməli olduğunuz vacib məqamlar - VİDEO

Qoşqunu yükləyərkən, düz bir səthdə park etmək, əvvəlcə ağır əşyaları yükləmək, 60/40 həcminə əməl etmək və yükü bağlamaq mütləqdir. İri həcimli yükü yerləşdirmək üçün ən əsas addımlardan biri də, qoşquda yükün hansı tərəfdə bərkidilməsidir.
Avtosfer.az xəbər verir ki, avtomobil mühəndislərinin keçirtdiyi sınağın nəticəsinə görə, yük qoşqunun ön hissəsində bərkidilərsə, qəfil manevr zamanı avtomobilin aşma riski daha az olar. Lakin bəzi yük daşıyan sürücülər heç bunun fərqində belə deyil. Yanlış çəki bölgüsü ilə qoşqu yedəkləmək təhlükəli ola bilər. Yükün ən azı 60%-i qoşqunun qarşısında olmalıdır, əks halda siz avtomobilinizin idarəetməsinə nəzarəti itirə bilərsiniz.
Dəfələrlə bu mövzudan qaynaqlanan qəzaların şahidi olmuşuq. Həm özünü, həm başqalarının həyatını təhlükəyə atan sürücülər yenə də buna fikir vermir. Sizi diqqətli olmağa çağırırıq və bu mövzunun nə qədər ciddi olmasını, təqdim edilən videodan müşahidə edə bilərsiniz.
Nurlan Sakitoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












