Zəlzələ evlərin qiymətinə təsir edir? – ARAŞDIRMA - VİDEO

Son zamanlar Azərbaycanda zəlzələlərin davamlı baş verməsi insanları təşvişə salıb. Vətəndaşların bəziləri də bina evlərini sataraq həyət evlərinə üz tutur. Bu da daşınmaz əmlak bazarında fərdi yaşayış evlərinin satışını həyata keçirən şəxslərin əlində fürsətdir.
Avtosfer.az xəbər veri ki, həyət evlərinin qiymətinin qalxdığını iddia edən vətəndaşlar narazılıq edirlər. Çoxsaylı şikayətlərin nəticəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri iqtisadçı ekspert Vüqar Oruca müraciət etdik. Ekspert bidirdi ki, baş verən hər hansı bir hadisə, istər iqtisadi istərsə də təbiət hadisələri daşınmaz əmlak bazarına təsirsiz ötüşmür: “Son zamanlar baş verən zəlzələlərdən sonra fərdi yaşayış evlərinin qiymətində artımlar müşahidə olunur. Hesab edirəm ki, bu dövrü xarakter daşıyır və mənzillərin, fərdi yaşayış evlərinin bölgüsündə ciddi bir disbalansa səbəb olmayacaq.”
Bəs güclü zəlzələ zamanı fərdi yaşayış evləri nə qədər təhlükəsizdir?
Vüqar Oruc: “Hündürmərtəbəli binalarda və yaxud həyət evlərində yaşamağın fərqi yoxdur. Əsasən vətəndaşlar tikilinin keyfiyyətinə önəm verməlidirlər. Elə ola bilər ki, fərdi yaşayış evi olsun lakin, keyfiyyətli tikili olmasın, həmin tikilidə təlükə daha çox ola bilər nəinki bina evlərinin. Ümumiyyətlə ev alınması çox ciddi qərardır, vətəndaşlar bu qərarı verməmişdən əvvəl mütəxəssislərlə məsləhətləşməlidirlər.”
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












