Zəlzələlər zamanı sürücülər nə etməlidir – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Zəlzələlər baş verdiyi ərazilərdə dağıntılara səbəb olan təbii fəlakətdir. Zəlzələnin şiddəti artıqca, fəsadlar da artır. Hündür binalar, yollar, ağaclar və s. bu təbii fəlakət zamanı ciddi nəticələr yaradır.
Zəlzələ baş verdikdə necə qorunmaq, daha az xəsarət almaq üçün ilkin tədbirləri bir çoxuna məlumdur. Bu təbbi fəlakətin qurbanlarının özünü düzgün aparmaması onun özü və ətrafdakı insanlar üçün təhlükə yaradır.
Bəs sürücülər zəlzələlər zamanı nələr etməlidir?
Bu barədə Avtosfer.az-a açıqlama verən qəza əleyhinə kursların baş məşqçisi Aqil Rəhimov təəssüflə bildirib ki, sürücülərin çoxunun zəlzələlər vaxtı nə etməli olduğu barədə informasiyaları yoxdur: “Zəlzələ zamanı əgər sürücü yoldadırsa, qətiyyən panikaya düşməməli, sürəti artırmamalıdır. Əgər maşın həyətdə hündürmərtəbəli binaların altındadırsa avtomobili orada saxlamaq olmaz. Ailə ilə bir yerdə açıq yerə, yəni hündürmərtəbəli binalardan uzaq, böyük ağaclardan uzaq yerdə durmaq lazımdır. Bundan başqa, əgər maşın tuneldədirsə tuneli sürücü tez bir zamanda tərk etməlidir. Həmçinin sürücü çökmə ehtimalı olan körpünün üzərindədirsə onu tez keçməlidir”.
Aqil Rəhimov qeyd edib ki, sürücülər panikaya düşməməsi burada ən vacib amildir.
Qeyd edək ki, zəlzələlər zamanı minlərlə insan həlak olur. Təcrübə göstərir ki, əsas təhlükə zəlzələnin özü yox, onun fəsadlarıdır: torpaq süxurlarının ani dəyişikliyi, bina və tikililərin dağılması, mebel və digər ev avadanlıqlarının aşması, şüşə qırıntıları, sel və qaz sızıntısı və s.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
















