20-ci sahədə avtobus dayanacağı sürücülərin parkinq zonasına çevrilib - FOTO

Paytaxtın Səbail rayonunda dayanma-durma qaydalarını kütləvi şəkildə pozan sürücülər avtobuslara əngəl törədir.
Bu barədə sürücülərdən biri Avtosfer.az-a müraciət edərək fotoşəkillər göndərib. O bildirib ki, 20-ci sahə adlanan ərazidəki dairə - 5 və 88 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacağı sürücülərin parkinq zonasına çevrilib. Görüntüdən də aydın olduğu kimi, avtomobillər avtobus dayanacağını göstərən sarı xəttin üzərində park edilib. Nəticədə dayanacağa daxil olan avtobus sürücüləri nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuş hissədə saxlaya bilmirlər. Sürücünün sözlərinə görə, onlar avtomobillərin sahiblərinə ərazidə park etməmələrini dəfərlərlə bildiriblər. Lakin qayda pozan sürücülərin bunu qadağan edən nişanın olmadığını əsas gətirərək onlarla mübahisə etdiklərini qeyd edib.
Qeyd edək ki, dairədə fərdi avtomobil sürücüləri üçün parkinq sahəsi mövcuddur.
Xatırladaq ki, qanunvericiliyə görə, sürücülər avtomobillərini avtobusların dayanacağını bildirən xətlərin qurtaracağında və ondan 15 metr kənarda saxlaya bilərlər.
Nərmin


Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO














