Altı min manat cəriməsi olan sürücü DYP postunda dava saldı: həbs olundu - VİDEO

Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Baş DYP İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib.
Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa calışıb, onu intizama dəvət edən YPX əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












