Avtobus zolağına girənlər bundan sonra belə cərimələnəcək – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Paytaxtda ictimai nəqliyyatın hərəkətinə mane olan sürücülərin müəyyənləşdirilməsi üsularında yenilik edilib.
Avtosfer.az xəbər verir ki, paytaxtdakı avtobuslarda bu ictimai nəqliyyatın zolağına daxil olan sürücülərin müəyyənləşdirilməsi üçün yeni texnologiya tətbiq ediləcək. Belə ki, avtobuslara quraşdırılan kameralar vasitəsilə zolaqda hərəkət edən digər nəqliyyat vasitələrinin video və fotosu çəkiləcək.

Nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında bildirib ki, yeni sistem paytaxtda ictimai nəqliyyatın inkişafına ciddi mənada təsir edə biləcək.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən bir neçə avtobusa əvvəlcədən test üçün quraşdırılan kameralar var idi. Testlərin nəticəsini müsbət dəyərləndirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi bu kameraların bütün avtobuslarda quraşdırılması üçün işlərə başlayacağını bildirib. Video və fotosu aydın şəkildə kameralar vasitəsilə çəkilən avtomobillərin məlumatları dərhal mərkəzi informasiya sisteminə ötürüləcək. DİN-in mərkəzi informasiya sistemi tərəfindən qəbul edilən məlumatlardan sonra artıq həmin sürücülər barədə inzibati tənbeh tədbirləri görüləcək”.
Ekspert həmçinin qeyd edib ki, avtobus zolaqlarının olduğu hissədə avtomobillərin yolun bu hissəsindən istifadə edərək sağa dönməsi, yaxud belə arakəsmələrdən yola daxil olarkən avtobus zolağından qısamüddətli istifadə halalrı sürücülərdə müəyyən suallar yaradır.
“Belə halların qarşısı qısa müddətdə alınsın deyə bu vəziyyətdə avtobus zolağından istifadə edən sürücünün qayda pozub-pozmadığını müəyyən edilməsi problemə çevrilməyəcək. Əgər belə problemlər yaranarsa, sürüclər problemlə bağlı müraciət edə bilərlər. Avtobuslardakı kameralarla yanaşı şəhər kameraları da bu məsələdə sürücülərə kömək edəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sürücülər harda kamera olduğunu yaxşı bilirlər və onlar kameraya çatana qədər avtobus zolağında hərəkət edib daha sonra öz zolaqlarına keçirlər. Şəxsi yol kimi belə zolaqlardan istifadə edirlər. “Harda boş yer gördün ora baş vur” prinsipi ilə məsələyə yanaşanlar çoxdur”.
Elməddin Muradlı bildirib ki, məsələnin birdəfəlik həlli üçün avtobuslar buna artıq özləri nəzarət edə biləcək.
Qeyd edək ki, avtobus zolağında hərəkət etməyin cəriməsi artıq 40 yox, 60 manat təyin edilib.
Səfər Əlizadə
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












