Avtobus zolağını və dayanacağını zəbt edən sürücülər yolda çətinlik yaratdılar - FOTO

Paytaxtın müxtəlif ərazilərində qayda pozan sürücülər avtobusların hərəkətinə əngəl törədib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, Azadlıq prospektində qeydə alınmış görüntüdə 77-LS-384 dövlət nömrə nişanlı “KIA Optima” markalı avtomobilin sürücüsü avtobus zolağında dayanaraq dəqiqələrlə avtobusların yolunu kəsib. Eyni ərazidə çəkilmiş digər fotoşəkildə 77-FF-791 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü maşını düzgün şəkildə (paralel) park etməyib. Nəticədə avtobus sürücüləri zolaqla hərəkət edə bilmədikləri üçün sola manevr etməli olublar. Cəfər Xəndan küçəsində qeydə alınmış görüntüdə isə 10-GG-273 dövlət nömrə nişanlı “QAZ-31105” markalı avtomobilin sürücüsü yaxınlıqda parkinq üçün yer olsa da dayanacağı zəbt edib.
Nərmin



Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO















