Bakıda avtobus dayanacağını parkinqə çevirən sürücülər - 90-FC-996 və 77-SA-209 - FOTO

Bakının müxtəlif küçələrində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Görüntülərdən biri, oktyabrın 28-də səhər saatlarında paytaxtın Səbail rayonunda (Bibiheybət məscidinin yaxınlığında) qeydə alınıb. Belə ki, 90-FC-996 dövlət nömrə nişanlı “Audi” markalı avtomobilin sürücüsü maşını avtobus dayanacağının önündə park edib. Nəticədə avtobus sürücüsü dayanacağa daxil ola bilməyib. Onun iddiasına görə, sürücü maşını dayanacaqda uzun müddət saxlayıb.
Azadlıq prospektində qeydə alınmış digər görüntüdə də, eyni hal baş verib. Fotoşəkildən göründüyü kimi, 77-SA-209 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” nişanlı avtomobil avtobus dayanacağını zəbt edib. Şikayətçinin sözlərinə əsasən, yaranmış xoşagəlməz halla bağlı avtobus sürücüləri çətinlik çəkiblər. O bildirib ki, eyni anda məntəqəyə çatan sürücülərdən biri dayanacağa daxil ola bilmədiyi üçün avtobusu yolun hərəkət hissəsində saxlayıb.
Qeyd edək ki, sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr uzaq məsafədə və qadağandır nişanının olmadığı ərazidə park edə bilərlər.
Xatırladaq ki, sürücülərin törətdiyi bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin


Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO














