Bakının mərkəzində sürücülər velosiped zolağını parkinqə çevirib - FOTO

Bakıda sürücülərin sanki bir-biri ilə prinsip aparırmış kimi qaydaları kobud şəkildə pozması artıq hər gün müşahidə etdiyimiz hala çevrilib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonunda, şəhərin mərkəzi küçələrindən birində bir neçə ay əvvəl salınan velosiped zolağı sürücülər tərəfindən zəbt edilir.
Belə ki, dünən bir zolağının ictimai nəqliyyata ayrılması ilə bağlı müzakirələr aparılan Zərifə Əliyeva küçəsində sentyabr ayında da təkmilləşdirmə işləri aparılan velosiped zolağını sürücülər parklama yeri kimi istifadə edir. Küçədə yaranan vəziyyətin fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub və velosipedçilərin haqlı narazılığı ilə qarşılanıb.
.jpg)
Velosiped istifadəçiləri bildirir ki, şəhərin əksər mərkəzi küçələrində bu nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün işlər görülür, lakin avtomobil idarəçiləri bu şəraiti hər addımlarında pozmağa davam edir.
Velosipedçilər sürücülərin bu cür əməllərinin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və tezliklə həll edilməsini gözlədiklərini bildiriblər.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












