"BakuBus" sürücüsündən təhlükə: Maşını sıxışdırıb qoşa xəttin üzərinə çıxardı - VİDEO

Bakıda manevr qaydasını pozan avtobus sürücüsü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 21-də, paytaxtın Zabrat qəsəbəsində baş verib.
Belə ki, "BakuBus"a məxsus 15582 eyniləşdirmə kodlu sərnişin avtobusunun sürücüsü dayanacaqdan hərəkətə başlayan zaman manevr qaydasını pozub. O, arxadan gələn sürücüyə əhəmiyyət vermədən birbaşa ikinci zolağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq qoşa xəttin üzərinə çıxarıb.
Qanunvericiliyə görə, yaşayış məntəqələrində dayanacaqdan hərəkətə başlayan avtobus sürücüləri üstünlüyə malikdirlər. Lakin bu o demək deyil ki, onlar istədikləri formada hərəkətə başlayıb təhlükə yarada bilərlər. Sərnişinləri mindirib-düşürdükdən sonra dönmə işığını yandırmalı və digər nəqliyyat vasitələrinin ona yol verdiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdır.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












