Bazar günü sürücülərdən bunu tələb etmək qanunsuzluqdur – EKSPERTDƏN VACİB AÇIQLAMA - VİDEO

Paytaxtda uzun illər ərzində parklama ilə bağlı yaranan çətinliklər nəqliyyat istiqamətində fəaliyyət göstərən qurumların bu mövzuda daha da məsuliyyətli yanaşmasını tələb edirdi. Əvvəlki qurumların ya yarımçıq fəaliyyəti, ya da fəaliyyətsizliyi nəticəsində bu mövzuda şəhərdə böyük xaoslar yaranırdı.
Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl istifadəyə verilən “Azparking” tədbiqi parklanma mövzusunda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işini daha da asanlaşdırdı.

Belə ki, Bakının bir sıra küçələrində daha əvvəldən yaradılan, lakin nəzarətsizlikdən “parkovşik”lərin ümidinə qalan parklama məntəqələri bu gün artıq sürücülərin öz ixtiyarına verilməsinə və parklama zamanı ödənən pulların Əlinin, Vəlinin, Əjdərin cibinə yox, məhz dövlət büdcəsinə yönəlməsinə səbəb olub. Lakin sürücülərin tədbiqin istifadəsi zamanı yaşadığı müəyyən çətinliklər, bəzən hansısa mobil operatorun mesaj xidmətindən istifadəyə görə 10 qəpik əlavə pul tutması və s. məsələlər onları narazı salır.
Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımda mövzunu şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bütün hallarda tədbiqdən istifadəni öyrənmək sürücülər üçün daha sərfəlidir:

“Birinci növbədə onu bildirim ki, bazar günü “Azparking”dən istifadə tamamilə ödənişsizdir. Sürücülər məlumatlı olmalıdırlar ki, həmin günlərdə onlardan ödəniş tələb edilməsi qanunsuzdur. Saat 10-dan sonra hansısa “parkovşik” sürücülərdən pul tələb edirsə, bu qanunsuzluqdur. Hətta “Azparking” işçisi belə tələb etsə. Əgər avtomobilinizi qanunun icazə verdiyi yerdə park edirsizsə, hər hansı bir ödəniş tələb olunmur. Ümumiyyətlə, nağd ödəniş yığışdırılıb, SMS və mobil tədbiq vasitəsilə ödəniş mümkündür”.
Canlı yayımda şəbəkə istifadəçilərinin rəylərini oxuyaraq suallarını cavablandıran Elməddin Muradlının məsələni şərh etdiyi videonu sizə təqdim edirik:
Səfər
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO
Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO
Qaydalara məhəl qoymayan sürücü qorxulu anlar yaşatdı - VİDEO
Qəfil yola çıxan sürücü az qala qəza törədəcəkdi - 99-UC-774 - VİDEO
Sürücülərin etdiyi bu səhv dayanma-durma qaydasının pozulmasıdır: CƏRİMƏSİ VAR - VİDEO
Bu yolda əksər sürücülər zolaqla sürə bilmirlər: Biri də budur - VİDEO
Mərdəkanda qəfil manevr edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Nə qoşa, nə də bütöv xətti saydı: Əks yola çıxıb təhlükə yaratdı - VİDEO










