Binədə “VAZ”la “ruçnoy” çəkib “avtoş”luq edən sürücü piyadanı qorxutdu - VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində qaydaları kobud şəkildə pozan sürücü videolarını çəkərək “TikTok” hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 10-FX-548 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yaşayış zonasında sərt manevrlər edib. Belə ki, o, əl əyləcindən istifadə edərək avtomobili əks istiqamətə fırladıb. Bu zaman sürücü təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb və təkər izləri buraxıb. Digər görüntüdə isə dostunun “şou”sunu qeydə alan şəxs piyadaya xəbərdarlıq edərk yoldan kənara çəkilməsini bildirib. Yaşlı kişi isə anidən təşvişə düşərək qaçıb. Eyni zamanda o, maşını dövlət qeydiyyat nişanı olmadan idarə edib.
Xatırladaq ki, bu xəta avtoxuliqanlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nizamlana bilər.
Nərmin
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











