Binəqədidə avtoxuliqanlıq edib görüntülərini sosial şəbəkədə yaydı - VİDEO

Paytaxtda küçələrində avtoxuliqanlıq edən şəxs görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonunda 77-PN-359 qeydiyyat nişanlı “Xəzər” markalı avtomobilin sürücüsü “avtoşluq” edərək videoya çəkib. Rayonun dar və yoxuşlu küçəsində qaaydaları pozan sürücü digər nəqliyyat vasitələri üçün də təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, avtomobil idarəçisinin pozduğu qaydaya görə İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs və 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə tətbiq oluna bilər.
Səfər
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO
Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO
Qaydalara məhəl qoymayan sürücü qorxulu anlar yaşatdı - VİDEO
Qəfil yola çıxan sürücü az qala qəza törədəcəkdi - 99-UC-774 - VİDEO










