Mopedlərin cərimə meydançasına aparılmasının səbəbi bu imiş - AÇIQLAMA

Son günlər yol polisi əməkdaşları tərəfindən mopedlərin duracağa aparılması xəbərləri yayılmaqda davam edir. Moped sürücülərindən biri Avtosfer.az-a məlumat verərək iddia edir ki, saxlanılan sürücülər arasında qayda pozuntusu törətməyənlər də var: "Qanunda qeyd olunub ki, sürəti 50 km/saatdan aşağı olan mopedləri idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac yoxdur. Lakin yol polisi əməkdaşları vəsiqəsi olmayan həmin sürücülərin mopedlərini duracağa yerləşdirirlər. Hətta kuryerlərdən birinə bildiriblər ki, daşıdığın "Wolt" şirkətinə məxsus çantanın sənədi olmalıdır. Həmin sənəd olmadığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib " - deyə sürücü bildirir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ olmadığı üçün evakasiya edilib:
“Bir daha nəqliyyat vasitəsi sürücülərindən tələb edirik ki, idarəetmə hüququ olmadan sükan arxasına əyləşməsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək”.
BDYPİ rəsmisinin sözlərinə görə, toplanan motosikletlərin əksəriyyəti çatdırılma xidməti göstərən şəxslərə aiddir.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO













