Nazir oğlunun sürücülük hüququ məhdudlaşdırıla bilər- SƏBƏB

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, Tale Heydərova qarşı İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib.
529.3-ci maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Məlumat üçün deyək ki, İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəzərdə turulur.
Böyük ehtimalla Tale Heydərovun mülkiyyətində olan avtomobillə yuxarıda sadalanan maddələrin birində nəzərdə tutulan inzibati xəta törədilib və buna görə tətbiq edilən cərimə ödənilməyib. Tale Heydərov avtomobilin sahibi olduğu üçün məsuliyyət onun üzərində qalıb.
İttiham sübuta yetirilərsə, nazir oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdıra bilər.
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin təsisçisidir. O eyni zamanda media, elm, təhsil və incəsənət sahələrind bir sıra layihələrin müəllifi kimi tanınır.
Tale Heydərovun atası Kəmaləddin Heydərov 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildən fövqəladə hallar naziridir.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












