“Niva”nı "ikitəkər" qaldırıb “avtoşluq” edən sürücüylə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, görüntülər araşdırılıb və 1 il əvvəl çəkildiyi məlum olub. Hazırda “Niva” markalı həmin nəqliyyat vasitəsi başqa şəxsin istifadəsindədir. Avtoxuliqanlıq edən sürücü isə müəyyən olunaraq profilaktik söhbətlər aparılacaq.
***
Zaqatalada qaydaları kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan 99-MM-375 dövlət nömrə nişanlı “Niva” markalı maşının sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, avtomobilin təkərlərini yer səthindən qaldırıb və asfalt örtüyünə sürtərək səs çıxarıb. Eyni zamanda sürücü nəqliyyat vasitəsini arxa dövlət nömrə nişanı olmadan idarə edib.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












