Piyadaları təhlükəyə atan nişan: Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın Mikayıl Müşfiq küçəsində vətəndaşların qarşılaşdığı problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Nəriman Nərimanov heykəli tərəfdən yuxarı qalxan avtomobillər sağdakı piyada keçidi ilə bağlı nişanı görmürlər. Bu isə əlavə risk yaradır.
Bildirilib ki, yolda piyada keçidinin mövcudluğunu bildirən nişanın görünməməsi, avtobuslara dayanacağa yaxınlaşmaq üçün şərait olduğu halda ortada durmasına icazə verilməsi və bu kimi vəziyyətlərdən doğan risklər hərəkətin təhlükəsiz təşkilinə mane olur.
Diqqətə çatdırılıb ki, sözügedən ərazidə dayanacaq pavilyonu ilə piyada keçidi arasında qısa məsafə var.
Qanuna əsasən, digər nəqliyyat vasitələrinin dayanacağın 15 metr sağ və solunda dayanmasına görə cərimə var.
Bu isə o deməkdir ki, avtobus dayanacağın 15 metr irəlisində və gerisində dayana bilər. Nəticədə, sol zolaqdakılar yolu keçməkdə olan piyadanı görməyəcəklər. Əlavə olunub ki, ağacın nişanın qarşısını kəsməsi piyadaları risk altına qoyur.
Əgər yolda piyada olsa, sürücü məcburdur ki, qəzadan yayınmaq üçün ya sağa, ya da əks yola çıxsın.
Ətraflı Baku TV-nin süjetində:
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












