Polisdən qaçmağa cəhd edən sürücü həbs olundu - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Avtosfer.az xəbər verir ki, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, S.Salahov məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib. Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Salahov 2 ay müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə sükan arxasında əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhdid edən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












