Prospektdə yarışa çıxan "BakuBus" sürücüləri təhlükə yaratdı - DYP cərimələdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücülərinin videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki hadisə oktyabrın 20-də, paytaxtın Xocalı prospektində baş verib.
Belə ki, eyniləşdirmə kodu 67166 və 67217 olan "BakuBus" sürücüləri sağdan gələn avtomobilə yol vermədən yolayrıcına daxil olublar. Daha sonra isə biri avtobus zolağında, digəri isə sol zolaqda yarışaraq görüntünü qeydə alan sürücüyə təhlükə yaradıblar.
Videogörüntünü qeydə alan oxucu həmin avtobus sürücülərinin sərt şəkildə cəzalandırılmasını xahiş edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, sürücülər aşkar edilib və müvafiq olaraq inzibati qaydada tədbir görülüb.
Sözügedən videonu təqdim edirik:
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












