Qanunsuz fəaliyyət göstərən avtobuslar artıb – FOTOSESSİYA

İyulun 1-dən ictimai nəqliyyatda gediş haqqı 0,5 manat olaraq müəyyənləşib. Bununla yanaşı dizel və Aİ-92 markalı yanacaq növlərinin də qiyməti bahalaşıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat istiqamətində olan dəyişikliklər və tənzimləmələr Abşeron yarımadasında fəaliyyət göstərən işbazların hərəkətə keçməsinə səbəb olub.
Heç bir vergi ödəməyən, sürücüləri tibbi müayinədən keçməyən, yol hərəkəti qaydalarına riayət etməyi belə özünə sığışdırmayan sahibkarlar öz fəaliyyət istiqamətlərini daha da genişləndiriblər. Əvvəllər sadəcə bəzi Bakı kəndləri və Bakı-Sumqayıt istiqamətinə gedən bu avtobuslar bu gün artıq yarımadanın hər tərəfinə hərəkət edirlər.

“Xaliq Faiqoğlu” daşıyıcı şirkətinin mətbuat katibi Nizam Rzayev saytımıza açıqlamasında deyib ki, müntəzəm sərnişindaşıma fəaliyyətinin qarşısında duran ən böyük problemlərdən biri məhz bu cür sürücülərin qanunsuz əməlləridir.

“Bu cür sərnişindaşımaların həcmi davamlı artır və onlar faəliyyətlərini açıq şəkildə davam etdirirlər. Hansısa cəza tədbirlərinin həyata keçirilməməsi, yaxud da bu cür nümunələrin az olması, həmin sürücülərin daha rahat şəraitdə fəaliyyətinə gətirib çıxarır. Bu da müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə böyük ziyan vurur. Müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin sürücüləri hər gün tibbi yoxlanışdan keçir. Lakin qanunsuz fəaliyyət göstərən sürücülər heç bir yoxlanışdan keçmir. Onların kimliyi məlum deyil. Belə sürücülər yollarda həm sərnişinlərə, həm piyadalara, həm də digər nəqliyyat vasitələrinə təhlükədir. Biz dəfələrlə Bakı-Sumqayıt yolunda bu fəaliyyətlə məşğul olan sürücülərin qəza törətdiyini, onlarla şəxsin həyatına son qoyduğunun şahidi olmuşuq”
Mətbuat katibi sonda vurğulayıb ki, bu istiqamətdə aidiyyəti qurumlar nəzarət və cəza tədbirlərini artırmalıdırlar.
Səfər Əlizadə
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO





























