Qaydalardan xəbərsiz sürücü özünə haqq qazandırdı: "Mən baş yoldayam" - VİDEO

Masazır qəsəbəsində qaydaları pozan sürücü yolayrıcında maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 11-də, İlqar Abdullayev küçəsində (Novxanı yolunda) baş verib. Belə ki, yolayrıcından sola dönən sürücü qarşıdan gələn avtomobilin yoluna çıxaraq onun hərəkətinə mane olub. İrad bildirilən zaman isə "mən baş yoldayam" - deyərək özünə haqq qazandırıb.
Qeyd edək ki, bu yolayrıcında hər iki sürücüyə baş yol nişanı quraşdırılıb. Lakin qanunvericiliyə görə, nizamlanan yolayrıclarında üstünlük nişanları (baş yol, yol ver, stop nişanları) öz qüvvəsini itirir. Yəni, sürücü nizamlanan yolayrıcında baş yolda olsa belə, sola dönən zaman qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












