Qaydaları pozmadığını deyən xanım sürücü özünü yenidən ifşa etdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozub videolarını sosial şəbəkədə paylaşan xanım sürücü yenidən iş başına keçib. Avtosfer.az xəbər verir ki, 77-YJ-102 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü Nailə Nəcəfli qaydaları pozmaqda davam edir.
2-3 gün öncə onun qayda pozuntularına dair videoları yayaraq törətdiyi qayda pozuntularını tənqid etdik. Lakin xanım sürücü buna narazılıq bildirərək qayda pozmadığını iddia etdi. O, etdiyi səhvləri düzəltmək əvəzinə, yenidən qaydaları pozaraq videosunu sosial şəbəkədə paylaşıb. Görüntüdən də aydın şəkildə görünür ki, xanım sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Sükan arxasında oturuşu isə qeyri-professionaldır.
Belə ki, sürücünün sağ ayağı pedalların yanında olduğu kimi, sol ayağı da ona paralel olaraq sol tərəfdə olmalıdır. Hər iki əllər sükanda olmalıdır ki, manevr zamanı dönmə işığı yandırarkən, sükanı fırladarkən, digər əl buna dəstək olsun. Sadaladığımız bu incəliklərin heç birini təəssüf ki, bu sürücüdə görmək olmur.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












